Hazırda 8,5 min gözdən əlil əmək pensiyası ilə təmin olunur
16:01 13.11.2018
Arxiv
699
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizdə sosial təminat sistemi ilə əhatə olunan əhali kateqoriyalarından biri də gözdən əlilliyi olan şəxslərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı gözdən əlilliyi olan vətəndaşların da sosial təminatının yaxşılaşdırılmasında mühüm addımların atılmasına imkan verib.
Bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı kimi, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib. Binanın açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmasında önəmli rol oynayır. Bakının Zabrat qəsəbəsində istifadəyə verilən Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi isə reabilitasiya yönümlü sosial xidmətlərin təşkilində mühüm əhəmiyyət kəsb edir.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8,5 min gözdən əlilliyi olan şəxs əmək pensiyası ilə təmin olunur. Həmin şəxslərə ödənilən əmək pensiyasının orta aylıq məbləği 300 manata yaxındır. Pensiya almaq hüququ olmayanlara aylıq sosial müavinət verilir. Sosial müavinət alan ümumi səbəblərdən I qrup gözdən əlilliyi olanlara bu müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü də ödənilir. Bununla yanaşı, pensiya qanunvericiliyində I qrup əliliyi olanlar (o cümlədən gözən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında güzəştlər mövcuddur.
Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 48 nəfər gözdən əlilliyi olan şəxs üçün peşə hazırlığı kursları təşkil edilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzinə istifadəyə verildiyi vaxtdan (2013-cü ilin dekabr ayı) indiyədək 1540 nəfər gənc qəbul olunub ki, onlardan bir qismi də görmə imkanı məhdud şəxslər olub. Nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin də reabilitasiya məqsədli sosial xidmətlərlə təminatı üçün müvafiq işlər aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol