Həbs edilən sabiq icra başçısı ilə bağlı YENİ XƏBƏR
12:26 05.06.2018
Arxiv
639
Vəkilllər Kollegiyası həbs edilən sabiq icra başçısı ilə bağlı məlumat yaydı.
Məlumatda bildirilir ki, bir sıra kütləvi informasiya vasitələrində qeyd olunduğu kimi, barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham irəli sürülmüş və hal-hazırda həbsdə saxlanılan Gədəbəy rayonunun keçmiş icra hakimiyyətinin başçısı Saleh Rüstəmovun ona müdafiəçi kimi təyin olunmuş vəkili ilə heç vaxt görüşmədiyi, habelə Rüstəmovun yaxın qohumlarının tutduğu vəkillə ünsiyyət hüququnun təmin edilmədiyi barədə xəbər yayılıb.
Vəkillər kollegiyasından Lent.az-a verilən məlumata görə, qurumun mətbuat xidməti bildirir ki, vətəndaş Saleh Rüstəmova onun iddialarının əksinə olaraq, mayın 10-da müdafiəçi qismində Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova ilə müqavilə bağlanılıb, həmin ayın 15, 17 və 24-ü tarixlərində isə vəkil İlhamə Həsənova ilə Saleh Rüstəmovun görüşü olub.
Vəkillər Kollegiyası bəzi kütləvi informasiya vasitələrində yoxlanılmamış, təhrif olunmuş və ictimaiyyətin çaşdırılmasına yönəlmiş bu kimi məlumatların yayılması hallarına təəssüf edir və KİV nümayəndələrinə belə hallarda Kollegiyanın mətbuat xidmətinə müraciət etmələrini tövsiyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm