Həddindən artıq əcnəbi qonaqlarımız var
09:07 25.12.2018
Arxiv
299
Yeni il ərəfəsində qiymətlərin bahalaşması həm də bununla bağlıdır
Yeni ilin gəlişinə artıq sayılı günlər qalıb. Əhalinin bir hissəsi bayramı necə, harada keçirəcəklərinə qərar veriblər, planlarını da qurublar. Amma təklif edilən qiymətlərin o qədər də ürəkaçan olmadığını deyə bilərik. Yeni ili qeyd etmək üçün bir çox bölgələrdəki otel qiymətlərini nəzərdən keçirən zaman ortaya bir-birindən ilginc mənzərələr çıxır.
Quba, Qəbələ və Şamaxıda 2 nəfər üçün bir gecəlik otelin xidmət haqqı 1000 manatdan çoxdur. "Samaxi Palace Sharadil” iki nəfər üçün 1280 AZN tələb edirsə, "Quba Palace Hotel”də iki nəfərlik qiymət hələ 1699 manatdan başlayır. Təklif olunan xidmətlərə isə 2 nəfərlik səhər yeməyi, şam yeməyi, yeni il şou proqramı, oriental rəqslər, möhtəşəm atəşfəşanlıq və s. daxildir.
Mövcud qiymətlərə nəzər salanda görürük ki, Yeni ili Parisdə keçirmək, Quba və ya Şamaxıda keçirməkdən daha ucuz başa gəlir. Məlumdur ki, son zamanlar Azərbaycan turizm ölkəsinə çevrilib. Müxtəlif ölkə vətəndaşları istirahət üçün məhz Azərbaycanı seçirlər. Turizm ekspertlərinin əksəriyyəti ölkəmizə gələn xarici qonaqların sayının azalmaması üçün ilk növbədə qiymətlərin münasib olmasını əsas şərt kimi vurğulayırlar. Amma yuxarıda qeyd etdiyimiz qiymətlər nə dərəcədə məqsədəuyğun hesab olunur, bunu demək olduqca çətindir. Xüsusilə turistlərin çox olması, yəni tələbatın maksimum səviyyəyə yüksəlməsi də qiymət artımına təsir edir.
Əvvəlki illərlə müqayisədə bu il ölkəmizə gələn turistlərin hədsiz çox olduğunu vurğulayan iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə açıqlamasında qiymət artımının təbii hal olduğunu deyib. Onun sözlərinə görə, təklif tələbi ödəyə bilməyəndə mütləq qiymətlərə təsir edir: "2 gün öncə şəhərin mərkəzinə çıxmışdım.
Bakıda nə qədər əcnəbilər var. Şəhərdə nadir hallarda azərbaycanlı gördüm. Ölkəmizə gələn xarici qonaqların sayı artıb. Eyni zamanda bayramqabağı şəhərin mərkəzində çox gözəl tədbirlər təşkil olunub. Dünyanın bir çox ölkələrini gəzmişəm, yeni il ərəfəsində də səfərlərdə olmuşam. Amma ölkəmizdə çox gözəl təşkilatın olduğunu deyə bilərəm.
Otellərdəki xidmət və onlara uyğun qiymətlər bazar iqtisadiyyatı, özəl sektorla bağlıdır. Özəl sektorlar görürlər ki, tələbat çoxdur, mütləq ona uyğun qiymət artımı edirlər.
Amma mövcud qiymətlər kifayət qədər aşağı da düşə bilər. Buna baxmayaraq qeyd edilən otellərdəki xidmətlər də əsasdır. Yəni göstərilən xidmətlər həmin qiymətə uyğundur. Elə istirahət zonaları tanıyıram ki, adambaşına günü 80-90 manatdır və bu qiymətə hansısa şou proqramlar daxil deyil. Müxtəlif yerlər və qiymətlər var.
Quba və Şamaxıda qeyd olunan qiymətlər bəlkə bir az demokratikdir. Çünki həmin qiymətdən də yüksək ola bilər. Ona görə də bütün bunlar bazar münasibətlərində təbii olan məqamlardır. Qiymətlərə təsir edəcək əsas amillərdən biri odur ki, yeni ildə həddindən artıq əcnəbi qonaqlarımız var. Məhz bu, mövcud qiymətlərə təsir edir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə