HƏKİM: "Hepatitə yoluxma dinamikası artır, qarşısını almaq mümkün olmur" - Nə etməli ?
15:54 27.07.2018
Arxiv
1181
"Hepatit viruslarının yayılması insanlarda müəyyən vaxtdan sonra xoşagəlməz xəstəliklər yaradır”
Bunu"Sherg.az”a son dörd il ərzində hepatit virusuna yoluxanların sayının artıb 8936 nəfərə çatmasından danışarkən Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, virus hepatitlərinin hamısı infeksion daşıyıcılı A virusundan manipulayasiya edilimiş infeksiyalardır:
"Bunlar hazırda geniş yayılıb. Bu viruslara yoluxma yolları müxtəlifdir. Məsələn, hepatit B virusu orqanizmə qısa müddət ərzində yoluxma xarakterinə malikdir. Bu viruslar qanla, ağızla, cinsi yolla insandan insana asanlıqla keçə bilir. Hepatit C virusu B-dən fərqli olaraq insana keçmə, yoluxma baxımından o qədər də aktiv deyil. D virusu adətən hepatit B ilə eyni vaxtda insandan insana keçir. Hər halda virusun hepatitdən yayılmasının səbəbləri müxtəlifdi.
Onların qan köçürmə, ginekoloji, stomatoloji kimi proseslərdə insanlara yoluxma hadisəsi daha aktiv şəkildə baş verir. Bəzən elə olur ki, insanlar virusa yoluxma mənbəyini də düzgün olaraq təyin edə bilmirlər. Hepatitə yoluxma dinamikası artmaqdadır. Təəssüflər olsun ki, hələlik bunun qarşısını almaq mümkün olmur.
Amma belə virusların yayılmasını əngəlləyəcək yollar mövcuddur. Hepatit B dezinfeksiya qaydalarına səhv əməl edildikdə, narkomanlar eyni sprişdən istifadə etdikdə geniş yay bilir. Bu kimi yollara ciddi nəzarət edilməlidir. Əhali maarifləndirilməlidir. Həmçinin məlum xəstəliyin artması dövləti əlavə xərc çəkməyə vadar edir”.
Qeyd edək ki, Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova qeyud edib ki, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya son dörd il ərzində 8936 nəfər müraciət edib. Vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya – qaraciyər serrozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm