Həkimlərin əməkhaqlarına əlavələrin ödənilməsi qaydaları hazırlanıb
04:59 06.10.2019
Arxiv
1163
İcbari tibbi sığorta sistemi tətbiq edildikdən sonra həkimlərin əməkhaqlarına ediləcək əlavələrin hesablanması və ödənilməsi qaydaları hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Bunu özəl olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq: "Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu, sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq".
V.Qurbanov qeyd edib ki, "Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi" Qaydalarına uyğun olaraq, hazırda pilot ərazilərdəki müəssisələrdə çalışan həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqları alırlar. Bununla yanaşı, pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində əməkhaqlarına stimullaşdırıcı əlavələr, orta və kiçik tibb işçilərinin əməkhaqlarına isə sabit əlavələr tətbiq edilir.
Agentlik rəsmisi bildirib ki, 2020-ci ildən etibarən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədilə ilkin mərhələdə 16 indikatorun tətbiqi planlaşdırılıb. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək.
Departament rəhbəri əlavə edib ki, əhalinin sistem çərçivəsində istifadə edəcəyi xidmətlər toplusu (xidmətlər zərfi) da müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
(Trend)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil