Hərbi Dəniz Qüvvələrinin təlimləri gecə atışları ilə davam edib - FOTO
19:11 22.06.2021
Arxiv
470
Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə keçirilən taktiki təlimlər davam edib.
“Report” xəbər verir ki, təlimlərin birinci mərhələsi üzrə növbəti tapşırıq icra olunub.
Beləliklə, təlimlərin gecə döyüşləri həyata keçirilib. Hava və sualtı hədəflərə qarşı atışların yerinə yetirilməsi tapşırığının icrası zamanı şərti düşmənin hava hədəfləri və sualtı qayıqlarına qarşı dərinlik bombaları tətbiq edilib. Eyni zamanda hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması tapşırığı yerinə yetirilib.
Bundan sonra plana uyğun olaraq müəyyən olunmuş hədəflərə atəş açılıb. Tapşırıq döyüş gəmiləri dəstəsi tərəfindən uğurla yerinə yetirilib.
Bununla da Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərində birinci mərhələ üzrə bütün tapşırıqlar başa çatıb.
Qeyd edək ki, təlimlər iyunun 23-dək davam edəcək. Sabah təlimlərin ikinci mərhələsi üzrə tapşırıqlar icra olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət