Heydər Əliyev Fondu 100 minədək ailəyə bayram sovqatı göndərib - FOTO
12:39 30.12.2020
Arxiv
382
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatlar paylanıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatlar paylanıb.
Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edir. Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, beş və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir.
Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər.
Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bağlı böyük səhvə yol verdik - Stoltenberq
19:36 16.02.2026
Dünya
Rubio: İranla razılıq asan olmayacaq, amma ABŞ səylərini göstərəcək
19:27 16.02.2026
Dünya
İspaniyada buğa festivalində faciə: Bir tamaşaçı öldü
19:27 16.02.2026
Hadisə
Ərdoğan sabah Efiopiyaya gedəcək
19:18 16.02.2026
Dünya
X sosial şəbəkəsi çökdü
19:11 16.02.2026
Dünya
Rusiya nümayəndə heyəti Cenevrəyə bu axşam yola düşür
18:47 16.02.2026
Dünya
TƏBİB sədrliyinə namizəd şəxs infarkt keçirdi
18:40 16.02.2026
Dünya
Sabah Günəş tutulması baş verəcək
18:33 16.02.2026
Sosial
Rusiya kütləvi hücuma hazırlaşır - Zelenski
18:28 16.02.2026
Dünya
Bu məktəbin tikintisi niyə 4 ildir başa çatmır?
18:20 16.02.2026
Elm və Təhsil
KİV: Hindistan ay ərzində İranla əlaqəli üç tankeri saxlayıb
18:14 16.02.2026
Dünya
Rubio NATO mesajı verdi, Kaya Kallas “tezdir” dedi - POLİTOLOQ
18:03 16.02.2026
Gündəm
Aİ Sülh Şurasının iclasında müşahidəçi statusunda iştirak edəcək
17:55 16.02.2026
Dünya
TƏBİB-in yeni sədri kim olacaq? – Namizədlər…
17:25 16.02.2026
Aktual
Əli Kərimli və Məmməd İbrahimin şikayətləri təmin edilmədi
17:24 16.02.2026
Cəmiyyət