"Heydər Əliyev kimi şəxsiyyətərin yalnız doğum günü olur"- Deputat




"Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyətərin yalnız doğum günü olur. Çünki, belə şəxslər ölmür”.

"Sherg.az"ın xəbərinə görə, bunu Milli Məclisin Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən təntənəli icalsında çıxışı zamanı deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə Ulu Öndərin 95 illik yubileyi bir-birinə bağlıdır:

"Əgər Ulu Öndər Azərbaycanı xilas etməsəydi, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyindən danışa bilməzdik. Ulu Öndər Heydər Əliyev milləti xilas edib. Bu doğrudur. Amma biz minlərlə insan tanıyırıq ki, onlarla söhbətdə anlayırıq ki, Ümummilli lider həmin şəxslərin şəxsi həyatında iştirak edib”.

Z.Oruc qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz sistemi olan adam idi.

"O, müqəddəs kitab kimidir. Çünki bu kitabı hər dəfə oxuduqda, yenidən dərk etməyə başlayırsan. Ümumilli liderə xəyanət edənlər uğur qazan bilmədi”.