Heydər Əliyev prospektində qəza: tıxac yarandı




Heydər Əliyev prospektinin (şəhər mərkəzi istiqamətində əsas yolda) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.


Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Lent.az-a verdiyi xəbərə görə, bu səbəbdən də hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.