Hidayət Heydərov koronavirusdan sağalsa da, Avropa çempionatında yarışmayacaq
17:55 14.11.2020
Arxiv
1360
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.
Cüdo Federasiyasının saytı xəbər verir ki, kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov yarışa hazırlıq barədə məlumat verib.
Onlar son iki həftədə cüdoçularımızın Budapeştdə təşkil edilən “Böyük Dəbilqə” yarışında və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıb. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri qitə çempionatında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.
Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb.
Qeyd edək ki, cüdo üzrə qitə çempionatı noyabrın 19-dan 21-dək keçiriləcək. Olimpiada ilində son Avropa çempionatında qitənin güclü cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (9 kişi, 5 qadın) təmsil edəcək.
Oxu.Az-ın məlumatına görə, komandamızın aparıcı üzvlərindən olan, Avropa çempionu, ikiqat dünya mükafatçısı Hidayət Heydərov (-81 kq) bu yarışda iştirak edə bilməyəcək. Buna səbəb onun noyabrın 2-də verdiyi koronavirus testinin müsbət çıxmasıdır. Artıq idmançının dünən verdiyi test mənfi çıxsa da, o, məşqlərdən uzaq qaldığı üçün və adı yarışa sifariş olunmadığı üçün yarışmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual