Hikmət Hacıyev: Ermənistan hakimiyyəti öz xalqını qonşu dövlətlərlə sülhə hazırlamalıdır
12:35 12.01.2019
Arxiv
233
Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World” televiziyasına müsahibə verib.
"Sherg.az"ın məlumatına görə, müsahibədə H.Hacıyev münaqişənin fundamental əsasını Ermənistanın gücdən istifadə edərək Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasəti təşkil etdiyini qeyd edərək işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törədildiyini, milyondan artıq azərbaycanlının hələ də qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində qaldığını deyib.
Hazırda işğala əsaslanan status-kvonun qəbuledilməzliyini vurğulayan PA rəsmisi Ermənistanın "fait accompli” yanaşmasını tətbiq etməyə və işğalı möhkəmləndirməyə çalışdığını deyib.
O əlavə edib ki, münaqişənin həllində irəliləyiş əldə etmək üçün ilk növbədə işğal faktı aradan qaldırılmalı və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişənin həllinin əsasının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun aktı və digər sənədlərdə təsbit olunduğunu deyən H.Hacıyev Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından sonra münaqişənin siyasi həlli üçün imkanların yarana biləcəyini diqqətə çatdırıb.
Düşənbə zirvə toplantısına toxunan H.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyan arasında söhbətin olduğunu deyərək Azərbaycannın öz konstruktiv mövqeyini bir daha nümayiş etdirdiyini bildirib. O əlavə edib ki, Azərbaycan münaqişənin həllində ən maraqlı tərəfdır, belə ki, Azərbaycan 26 ildən artıq olaraq işğaldan əziyyət çəkir. H.Hacıyev hazırda münaqişənin həlli üçün əlverişli imkanların olduğuna diqqəti çəkərək Ermənistanın hökumət formalaşdıqdan sonra münaqişənin həlli istiqamətində addımlar atmalı olduğunu qeyd edib.
"Etnik barışıq mümkündürmü?", - deyə aparıcının sualına cavab verən PA rəsmisi bildirib ki, Azərbaycan özünün multikultural dəyərləri və tolerantlıq mədəniyyəti ilə fəxr edir və münaqişənin həlli prosesi çərçivəsində etnik barışıq çətin və vaxt tələb edən məsələ olsa da, bu, mümkündür: "Bunun üçün ilk növbədə Ermənistan qoşunları ərazilərdən çıxarılmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Bu əsnada etimad quruculuğu tədbirləri həyata keçirilə, hərtərəfli regional əməkdaşlıq bərpa oluna və etnik barışıq təmin oluna bilər".
H.Hacıyev hazırda Ermənistanın təcrid vəziyyətində olduğunu, nəqliyyat imkanlarına çıxışının olmadığını deyərək, münaqişənin həlli prosesi nəticəsində Ermənistanın regional əməkdaşlıq imkanlarından faydalana biləcəyini deyib. Eyni zamanda Administrasiya rəsmisi Ermənistanın işğalçılıq siyasətindən əl çəkməli, qonşu dövlətlərə münasibətdə beynəlxalq hüquqa əsaslanan siyasət yürütməli və Ermənistan hakimiyyətinin öz xalqını qonşu dövlətlərlə sülhə hazırlamalı olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət