Hikmət Hacıyev: Ermənistan status-kvonu saxlamaq kimi məqsədi güdür -YENİLƏNİB
08:33 17.11.2018
Arxiv
467
Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğal və təcavüz siyasətinin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirilir.
"Sherg.az"ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Bakıda keçirilən "İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib.
H.Hacıyev bildirib ki, bu qeyri-qanuni fəaliyyətlər məqsədyönlü və qərəzli xarakter daşıyaraq işğal olunmuş ərazilərin ilhaqı məqsədi güdür: "Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyətlər nəticə etibarilə münaqişənin həllində çox ciddi problemlər yaradır və Ermənistanın da əsl məqsədi və niyyəti bundan ibarətdir”.
O qeyd edib ki, həmçinin Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətlər həyata keçirməklə mövcud status-kvo vəziyyətini saxlamaq kimi məqsədlər də güdür:
"Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlərə baxsaq, burada bir neçə istiqaməti təsbit edə bilərik. Birincisi, ən vacib problemlərdən biri ondan ibarətdir ki, işğal olunmuş ərazilərimizdə məqsədyönlü məskunlaşma siyasəti aparılır, yəni demoqrafik vəziyyət məqsədyönlü şəkildə dəyişdirilir. İkincisi, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlər, xüsusilə də mineral resursların talan edilməsi, qeyri-qanuni, qeyri-şəffaf maliyyə və iqtisadi fəaliyyətlərin həyata keçirilməsi və çirkli pulların yuyulması kimi fəaliyyətlər də qeyd edilməlidir”.
PA rəsmisi deyib ki, digər qeyri-qanuni fəaliyyətlər Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın telekommunikasiya şəbəkələrinin istismar edilməsi və qanunsuz telekommunikasiya fəaliyyəti göstərilməsi, işğal edilmiş ərazilərimizin mədəni xarakterinin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, dağıdılması, həmçinin mövcud maddi-mədəni, o cümlədən dini abidələrin arxitektur xüsusiyyətlərinin dəyişdirilməsi və onların erməniləşdirilməsi kimi siyasətin aparılmasıdır:
"Qeyri-qanuni fəaliyyətlərdən biri də işğal olunmuş ərazilərimizin turizm məkanı kimi təşviq edilməsi və ora qeyri-qanuni səfərlərin həyata keçirilməsidir. Bununla da qeyd etdiyimiz kimi, Ermənistanın işğal və təcavüzü nəticəsində yaradılmış qondarma rejimi təşviq etmək və onun legitimləşdirilməsi kimi məqsədlər də güdülür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət