Hindistan özünün kosmik stansiyasını yaradacaq




Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı 2030-cu ilədək özünün kosmik stansiyasını yaratmağı düşünür.

Trend-in məlumatına görə, ilkin planlara əsasən Hindistan 20 tonluq stansiya yaradacaq.

Bu stansiyada kosmonavtlar 15-20 gün keçirəcək.

Qeyd olunur ki, Hindistan bu stansiyanın reallaşdırılması üçün heç bir ölkədən yardım istəməyəcək.

Hazırda Yerin orbitində ABŞ, Rusiya, Çin və bir sıra digər ölkələr stansiyaya malikdir.