
Hindistanda Azərbaycanlı alimin kitabının təqdimatı keçirilib
07:45 19.02.2019
Arxiv
558
Hindistanda Azərbaycanlı alimin kitabının təqdimatı keçirilib. Hindistanda Azərbaycanlı alimin kitabının təqdimatı keçirilib.
"Sherg.az" xəbər verir ki, Bakı Dövlət Universtetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov (İsmayıl bəy Zərdablı) fevralın 11-dən 14-dək Hindistanın Assan bölgəsinin paytaxtı Quvahati şəhərinin Quvahati Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib. 2019-cu il Nəsimi ili olduğu üçün məruzəsində Nəsimi ilə bağlı məsələlərə də toxunmuşdur. Onun məruzəsi "XV əsrdə Azərbaycan mədəniyyəti" adlanır.

Konfransın ikinci günü professorun ABŞ-da nəşr olunmuş "Azərbaycanın etnik və siyasi tarixi" (ingilis dilində) adlı kitabının təqdimatı keçirilib. Əsərdə qədimdən bugünə kimi Azərbaycanın etnik və siyasi tarixi təhlil olunub. Kitabda Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olması, eyni zamanda müasir tarixi haqqında da geniş məlumat verilib.
Təqdimat vaxtı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Xocalı soyqırımı, 20 Yanvar hadisələri barədə də konfrans iştirakçılarına məlumat verilib.
Təqdimat mərasimində Universitetin rektoru, departament rəhbəri, Hindstanın alimləri ilə bərabər Almaniya, Şotlandiya, Macarıstan, Rusiya, İran, Nepal, Banqladeş, Türkiyə, Koreya, Norveç və başqa ölkələrin alimləri də iştirak ediblər. Təqdimatın sonunda müəllif çıxış edib, Universitetin rəhbərliyinə və iştirakçılarına təşəkkür bildirib. Professor Universitetin kitabxanasına kitablar hədiyyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya