
Hökumətin əsas hədəfi: aztəminatlı ailələrin sayı minimuma ensin, yoxsul insan qalmasın!
09:37 25.12.2018
Arxiv
275
"Azərbaycanda dövlətin həyata keçirtdiyi sosial-iqtisadi siyasətdə əhalinin sosial müdafiəsi prioritet təşkil edir. Bu, bütün istiqamətlər üzrə özünü göstərir".
Bu barədə "Sherg.az" iqtisadçı-ekspert Pərviz Heydərov aztəminatlı ailələrə birdəfəlik 100 manat ödəmənin verilməsinə dair sərəncamdan danışarkən bildirib.
Ekspert qeyd edib ki, Prezidentin imzaladığı "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli Sərəncamı bunun kiçik təzahürü hesab etmək mümkündür:
"Ümumiyyətlə, dövlət başçısı tərəfindən aztəminatlı ailələrin maddi təminatlarının gücləndirilməsinə göstərilən qayğı bununla bitmir, daimi xarakter daşıyır.

Yeri gəlmişkən, sonuncu Sərəncamda 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılıb. Əvvəlki illərdəki anoloji Sərəncamlarda bu məbləğ 50 manat idi. Təsəvvür edin ki, söhbət, 200 mindən çox üzvü olan 50 min ailədən gedir. Bu, onların bayram ərəfəsində maddi təminatlarına dəstək olacaq. Sözügedən məqsəd üçün 5 milyon manat vəsait xərclənəcək. Düzdür, bu, 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən ayrılacaq. Bununla belə, 5 milyon manata növbəti ildə də ehtiyac var idi. Amma dövlətimiz bunu göründüyü kimi, sözügedən qrup əhalidən, ölkə vətəndaşlarından bu il üçün də əsirgəmir, onların özlərinə paylayır. Halbuki, il başa çatır.
Ümumiyyətlə, dövlət başçımızın və hökumətin əsas hədəfi budur ki, ölkədə ümumiyyətlə aztəminatlı ailələrin sayı minimuma ensin, yoxsul insan qalmasın. Məhz, bu siyasətin və istəyin nəticəsidir ki, son 15 ildə əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisi əhəmiyyətli şəkildə azalmış, yoxsulluğun səviyyəsi 49 %dən 5 %ə düşmüşdür. Bu, çox böyük nailiyyətdir. Eyni zamanda, işsizlik 5 % səviyyəsində təşkil etməkdədir.
Yeri gəlmişkən, qeyd edim ki, aztəminatlı ailələrin yoxsulluqdan müdafiəsi üçün xüsusi əhəmiyyət daşıyan ünvanlı dövlət sosial yardımı proqramı da 2006-cı ildən qüvvəyə minmiş "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən həyata keçirilir. Strateji hədəf odur ki, orta perespektivdə bu gün 5 milyon manat vəsait ayrılaraq sosial müdafiəsi təşkil olunan müvafiq əhali qrupu həmin vəsaiti özləri qazansınlar və iqtisadiyyatın inkişafında iştirak etsinlər, gəlir götürüb vergi ödəsinlər. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı icra olunur ki, məsələn, təkcə cari ildə 7,7 min ailə bu işə cəlb olunub. Ötən illə müqayisədə 6,4 dəfə çox... Və onlardan 1000-ə qədərini məhz ünvanlı dövlət sosial yardımı alan ailələr təşkil etdiyi deyilir.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə