Hörümçək uşağın əlini deşdi

8 yaşlı qız az qala öləcəkdi
İngiltərədə 8 yaşlı Abbie Kinnairdin əlini dişləyən hörümçək az qala qızın ölümünə səbəb olacaqdı. Hörümçəyin zəhəri elə təsirli olub ki, Abbienin əlində bir dəlik açılıb.
Evlərinin tavanından düşən hörümçək 8 yaşlı Abbie Kinnairdin əlini dişləyib. Sadə bir zəhərlənmə hadisəsindən fərqli olan olayda kiçik qız ölümdən dönüb. Toxumaların ölməsi ilə hörümçək Abbienin əlində inanılmaz bir yara açıb. Söz mövzusu olan hörümçəklərin köhnə əşyaların arasında, paltarların içində saxlandığı təxmin edilir. Abbienin əlindəki yara əvvəla kiçik bir qızartı olaraq ortaya çıxıb. İltihablanan yara, getdikcə artır və antibiotik müalicə də işə yaramır. Qızın qollarında töküntülər də yaranmağa başlayır. Həkimlər Abbieyə dəri köçürülməsinin lazım olduğunu söyləyir. Talesiz qızın əlindəki yara kəsilir, təmizlənir və son olaraq dəri nəqli reallaşır.