Hüquq müdafiəçilərindən bir qrup şəxsin həbsdən azad olunması ilə əlaqədar BƏYANAT
15:39 15.09.2017
Arxiv
413
Hüquq müdafiəçiləri bir qrup şəxsin azad olunması ilə əlaqədar bəyanat yayıblar.
APA-nın məlumatına görə, bəyanatda deyilir:
"Son günlər "Turan” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, "Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun azadlığa çıxması, Nardaran hadisələrinə görə məhkum olunmuş 14 nəfərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmələr tərəfindən qərarlar qəbul edilib, həmçinin bloqqer Aleksandr Lapşin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilib.
Biz Azərbaycan hüquq müdafiəçiləri bu addımları humanist yanaşma və ədalətli mühakimə hüququnun təmin edilməsinə yönəlik əməli tədbirlər kimi yüksək qiymətləndiririk.
Həmçinin, biz bu tədbirlərə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının praktik nəticələri kimi baxır və onları alqışlayırıq.
Bəyan edirik ki, bu cür addımlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına, cəza siyasətinin hümanistlərşdirilməsinə və ədalət mühakiməsi sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Əminik ki, bu addımlar davamlı olacaq, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə öz töhfəsini verəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu məsələlərlə bağlı ictimaiyyətin müraciətlərinə həssas yanaşdığına və diqqət göstərdiyinə görə təşəkkür edirik.
Hesab edirik ki, hüquq-müdafiəçiləri, vətəndaş cəmiyyəti, KİV və cəmiyyətin bütün təbəqələri bu təşəbbüsləri, aparılan islahatları dəstəkləməklə, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə töhfəsini verməlidir".
Bəyanatı Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Zəlihə Tahirova, Eldar Zeynalov, Əvəz Həsənov və Əliməmməd Nuriyev imzalayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya