ATS-in çağrı mərkəzlərində işləyənlərin maaşının az olmasına da diqqət çəkən Ə.Nuriyev deyib ki, bu, onların keyfiyyətli xidmət nümayiş etdirməsinə mane olan cəhətlərdən biridir:
Hüquqşünasdan sərt açıqlama: "Azərbaycanda ATS-lərin işi çox bərbaddır"
10:27 03.07.2017
Arxiv
745
Əliməmməd Nuriyev:"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində olan ATS xidməti yenidən qurulmalıdır”
ATS-in çağrı mərkəzlərində işləyənlərin maaşının az olmasına da diqqət çəkən Ə.Nuriyev deyib ki, bu, onların keyfiyyətli xidmət nümayiş etdirməsinə mane olan cəhətlərdən biridir:
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində olan ATS xidməti yenidən qurulmalıdır”.
Bunu Sherg.az-a vətəndaşların ATS xidmətindən şikayətlərinə münasibət bildirərkən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
O bildirib ki, yüksək texnoloji innovasiyalardan istifadə olunması, müştəri məmnuniyyətinin təmin edilməsi, etik davranış qaydalarının tətbiqi və s. məsələlərdə ATS-lərin işi çox bərbaddır:
"Vətəndaşlar narazılıq edir ki, müştəri xidmətləri üçün nəzərdə tutulmuş qaynar xətlərə cavab verilmir, bəzən isə işçilər nəzakətsiz davranır. Ən vacib məsələ müştəri məmnuniyyətinin təmin edilməsidir. İlk növbədə xüsusilə sorğu mərkəzlərinə cavabdeh olan ATS işçilərinin davranış qaydaları ilə bağlı seminarlar keçirilməlidir. Bundan əlavə çağrı mərkəzi ilə bağlı standartlar müəyyənləşdirilməli, texniki reqlament verilməlidir”.
ATS-in çağrı mərkəzlərində işləyənlərin maaşının az olmasına da diqqət çəkən Ə.Nuriyev deyib ki, bu, onların keyfiyyətli xidmət nümayiş etdirməsinə mane olan cəhətlərdən biridir:"Bütün bunları nəzərə alaraq məlum istiqamətdə əhəmiyyətli dəyişikliklər edilməlidir. Qeyd etmək lazımdır ki, nazirlik yüksək gəlirli qurumlardan biridir. Belə olan halda gəlirlər həm işçilərin sosial müdafiəsinə, həm də onlara müxtəlif treninqlər keçirilməsinə yönəldilə bilər. Biz vətəndaş cəmiyyətinin nümayəndələri də böyük məmnuniyyətlə, onlara etik davranış qaydaları, çağrı sistemində davranış qaydaları ilə bağlı layihələr təqdim edə bilərik. "Konstitusiya” Araşdırmalar Fondu dövlət qulluqçusunun etik davranış qaydalarını hazırlayan təşkilatlardan biri olub. Ona görə, bu sahədə böyük təcrübəmiz var.
Artıq 2016-2018-ci illərə aid edilmiş "Milli fəaliyyət planı” hazırlanıb. Bu proqramın istiqamətlərindən biri də ASAN xidmət standartlarına uyğun olaraq dövlət orqanlarında fəaliyyət göstərilməsi ilə bağlıdır. Bu istiqamətdə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəstək verməyə hazırıq.
Güman edirəm ki, nazirlikdə həyata keçirilən dəyişikliklər həm ATS xidmətinin keyfiyyətinə, həm də müştərilərin ehtiyaclarını nəzərə alaraq onlarla uyğun davranış qaydalarının təkmilləşdirilməsinə müsbət təsir edəcək. Bu islahatlar müştərilərin məmnunluğunu təmin etməklə bərabər ATS xidmətindən istifadənin genişlənməsini təmin edəcək. ATS xidmətində çalışan işçilərin sosial müdafiəsinin genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılacaq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya