İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların qəbulunu dayandırdı
13:13 17.03.2020
Arxiv
348
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və qurumun insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə alaraq, infeksiyanın ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə qərar verilib.
Bununla bağlı dövlət və özəl sektora aid qurumlardan, həmçinin, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş təcili, təxirəsalınmaz və yerinə yetirilməsi məcburi olan qərarların icrası olaraq vətəndaş qəbulu martın 17-dən başlayaraq məhdudlaşdırılır.
Bu dövr ərzində Agentliyin səlahiyyətinə aid məsələlərlə, eləcə də, koronavirusla bağlı müraciətlər qurumun 1542 “Çağrı” mərkəzi və ya 012 310-07-70 telefon nömrəsi vasitəsilə qəbul ediləcək. “Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Yazılı müraciətlər isə yalnız elektron qaydada Agentliyin info@its.gov.az elektron poçt ünvanı, həmçinin https://its.gov.az/ rəsmi internet səhifəsinin “Elektron müraciət” bölməsi vasitəsilə qəbul ediləcək. Vətəndaşlar tərəfindən müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Müraciətin mövzusu müəyyən edildikdən sonra vətəndaş aidiyyəti struktur bölməyə və ya tibb müəssisəsinə yönləndiriləcək: “Nazirlər Kabinetinin qərarına əsasən koronavirusla bağlı profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaqlar.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz