İcma: Paris danışıqlarından daha konkret nəticələr gözləyirik
12:17 18.01.2019
Arxiv
259
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə 16 yanvar tarixində Parisdə keçirilmiş danışıqların perspektivləri ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səsləndirdiyi bəyanat ümidverici olsa da, biz danışıqlardan daha konkret nəticələr gözləyirik.
Bunu Trend-ə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin başçısının qondarma "mətbuat katibi” kimi təqdim edən David Babayanın son şərhinə münasibət bildirərkən deyib.
T.Gəncəliyev deyib: "David Babayanın səsləndirdiyi "yeni elementlər” və "konkret addımlar qismində tərəflərin dialoqa cəlb edilməsi” fikirlərinə gəldikdə isə, biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, daha öncə səsləndirdiyimiz bəyanat və şərhlərdə erməni və azərbaycanlı icmaları arasında konstruktiv dialoqun aparılması və təmasların qurulmasının tərəfdarı kimi çıxış edərək, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı tərəf olduğumuzu dəfələrlə bəyan etmişik və buna hazır olduğumuzu bir daha təkrar edirik. Bu baxımdan, qanunsuz rejimin başçısının qondarma "mətbuat katibi”nin səsləndirdiyi fikir bizim üçün yeni deyil.
Həmçinin, Babayana bir daha xatırlatmaq istərdim ki, münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri qismində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları müəyyən edilib və bu, ATƏM-in Nazirlər Şurasının 1992-ci ildə Helsinkidə keçirilmiş görüşündə qəbul edilmiş sənədlə təsbit edilib. Ona görə də, maraqlı tərəf kimi yalnız Dağlıq Qarabağın erməni icmasından danışmaq və azərbaycanlı icmasını görməməzdikdən gəlmək Paris görüşündə səsləndirilmiş bəyanatın ruhuna ziddir və konstruktivlik mühitinin yaradılmasına kömək etmir”.
T.Gncəliyev vurğulayıb ki, eyni zamanda, 16 yanvar tarixində keçirilmiş Paris görüşü nəticəsində verilmiş bəyanatdan göründüyü kimi, tərəflər arasında nəticəyə yönəlik danışıqların davam etdirilməsi məsələsinə toxunulub:
"Hesab edirik ki, icmalararası dialoq və təmaslar Paris danışıqları zamanı gündəmdə olan hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirəsi müstəvisində xüsusi əhəmiyyət kəsb edir.
Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tezliklə münaqişənin sülh yolu ilə tənzimlənəcəyinə və erməni icması ilə birgə yaşayışın təmin ediləcəyinə ümid edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:52 21.10.2026
Hadisə
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
10:50 21.10.2026
Hadisə
Lənət davam edir: 42 yaşlı nəvəsi də öldü
10:33 21.10.2026
Hadisə
Ebola bu ölkəyə də sıçradı
10:24 21.10.2026
Dünya
“Borussiya”nın futbolçusu: Daha çox qol vurmalı idik
09:53 21.10.2026
Futbol