İcra hakimiyyəti: "O parkı Aslan İsmayılov yox, biz salmışıq" - QALMAQAL
13:19 23.11.2017
Arxiv
654
Bu ilin iyul ayında vəkil Aslan İsmayılov sosial şəbəkədəki səhifəsində Bakı şəhərinin mərkəzində park salması ilə bağlı video müraciətlə çıxış edib. O, burada ağaclar əkdiyini və böyük park saldığını bildirib. Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti açıqlama yayıb. Bildirilib ki, bu ərazidə ölkə başçısının tapşırıqlarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıqlar zonası və meşə zolağının yaradılması işləri aparılıb, yeni "Ekoloji park”ın yaradıldığı qeyd olunub: "Video materialda da burada işlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən, nazirliyin texnikası cəlb olunmaqla aparıldığı aydın görünürdü.
Bir neçə gün əvvəl Aslan İsmayılov yenə də sosial şəbəkədə məlumat yayaraq Bayıl yamacındakı ərazıdə əkilən ağaclara qulluq göstərməsını göstərib, burada əkilən və yay aylarında gündəlik sulanıb qulluq göstərilən ağacları öz əməyinin nəticəsi kimi qələmə verib.
Hüquqşünas kimi Aslan İsmaylov gözəl bilir ki, Bakı şəhərinin mərkəzində park və ya bağ salınması qanunlarla tənzimlənir, bunun üçün müvafiq icra qurumlarının qərarı olmalıdır. Sürüşmə zonasına aid bu ərazidə əkilən ağac və yaşıllıqlara gündəlik qulluq olunması, suvarılması, saxlanılması üçün işçi qüvvəsi, texnika və vəsait tələb olunur və ərazidə ağaclara qulluq, yaşıllaşdırma işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən həyata keçirilir. Burada ağaclara su Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma İdarəsinin su mənbəyndən verilir və bunun üçün vəsait dövlət tərədindən ödənilir.
Məlumdur ki, tək bir təxəyyül və pafoslu danışıqla bura nə su gətirmək olar, nə də ağac əkmək. Ölkəmiz hüquqi dövlətdir. Heç kim özbaşına, istədiyi yerdə cənab A.İsmayılov kimi nə budka qoya bilər, nə də ərazi zəbt edə bilər. Belə özbaşnalığa yol verilə bilməz.
Bizim fikrimizcə, zəngin fantaziyalı Aslan İsmaylov bu məlumatı paylaşmaqla gələcəkdə park salma adı altında ərazini zəbt etmək, burada hansı bir obyekt ya da restoran açmaq planlarını həyata keçirməyi düşünür. Bu zaman da öz təxəyyülünü işə salır. Bu da çox böyük təəccüb doğurur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya