İctimai nəqliyyatda cibgirlik edənlər saxlanılıb





Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Belə ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Süleymanova "İçərişəhər” stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən "Sherg.az"a verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar.

 Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qulam Muxtarov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.