
İddia: "Sumqayıtda kimyəvi tozlar və saxta diş məcunları istehsal olunur” – Nəzarət yoxdur ?
13:57 02.04.2019
Arxiv
546
Fransada istehsal olunan diş pastalarının üçdə ikisi özündə titan dioksidi ehtiva edir. "Sherg.az” ".lepoint.fr/sante” saytına istinadən xəbər verir ki, diş pastasında bu kimyəvi tərkibin mövcudluğu haqqında indiyə qədər heç bir məlumat verilmədiyinə görə, hazırda aidiyyəti qurumlar istintaqa cəlb olunacaq. Çünki, bu titan dioksidi insan sağlamlığı üçün ciddi təhlükə vəd edir. Titan dioksidində nanopartikülllərdən geniş istifadə olunur.
Artıq fransızlar və Fransada insan sağlamlığı ilə məşğul olan təşkilatlar dərmanlarda və diş pastalarında bu məhsuldan istifadənin dayandırılmasını tələb edirlər.
Maraqlıdır, bəs görəsən Azərbaycanda vəziyyət necədir, aidiyyəti qurumlar bu məsələyə nəzarət edirlərmi? Mövzuyla bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O "Sherg.az"a bildirdi ki, Azərbaycanda diş məcunları istehsal olunmur. Xarici ölkələrdən gətirilir və belə ölkələrin sayı 10-a yaxındır:

"Əhaliyə müraciət etmək istəyirəm ki, diş məcunlarının sonluğuna baxsınlar. Hansının üzərində qara xətt varsa, demək ki, o tam kimyəvidir. Qırmızı xətt olarsa, kimyəvi ilə təbiinin qarışığıdır, yaşıl xətt olduqda isə, demək heç bir kimyəvi qarışığı yoxdur. Lakin bu beynəlxalq işarələrdir və istehsalçılar bəzən onları gizlədə də bilərlər”
E. Hüseynovun sözlərinə görə, Azərbaycan bazarı kifayət qədər qorunmadığından o cür arzuolunmaz diş məcunlarının ölkəmizə də gətirilməsi mümkündür:
"Bazarda hər bir brend diş məcununun saxta variantı da var. Satıcılar özləri də deyir ki, saxtadır, qaçaqmal yolu ilə müxtəlif ölkələrdən gətirilib. Çox təəssüf ki, qanuni diş məcunları istehsal edən şirkətlər bazarın qorunması üçün heç bir iş aparmır. Nəticədə, istehlakçıların hüquqları pozulur”.
Sumqayıtda istehsal olunan diş məcunlarına gəlincə isə E.Hüseynov qeyd edib ki, Sumqayıt bütün kimyəvi tərkibli malları, o cümlədən cürbəcür kimyəvi tozları, diş məcunları və s. hamısının saxtalaşdırılmış variantda istehsal olunduğu bir yerdir:
Kimya şəhəri olan Sumqayıt, çox təəssüf ki, həm də saxtakarlığın mənbəyidir. Üstəlik əhalini aldadan reklamlar da gedir. Guya hansısa diş məcunlarını hansısa QHT yoxlayır. Bunlar hamısı yalançı və lazımsız reklamlardır”.
Sevda Ulutau
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi