İdris İsayev təhsil nazirinin müavini təyin edilib




İdris İsayev təhsil nazirinin müavini təyin edilib.

Bu barədə Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib.

İ.İsayev bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Bununla da Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun müavinlərinin sayı 3-ə çatıb.