İki gün ərzində yol qəzalarında 6 nəfər ölüb, 12 nəfər xəsarət alıb




Dekabrın 15-dən 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 209 cinayət faktı qeydə alınıb, onların da 21-i "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.