İkinci tur: Ərdoğan yoxsa Akşener ?

Prezidentliyə namizəd Meral Akşeneri niyə Muharrem İncə qədər televiziya ekranlarında görə bilmirik?!



Deməli, bu günlərdə Türkiyədə növbədənkənar prezident seçkiləri üçün təbliğat-təşviqat kampaniyaları sürətlə davam edir. Prezidentliyə əsas 3 namizədin seçiləcəyi güman edilir: Rəcəb Tayyib Ərdoğan, Muharrem İncə və Meral Akşener. Haşiyə kimi bildirim ki, Türkiyədəki seçiciləri böyük əksəriyyəti - təxmini olaraq 60-65%`i sağ seçmen (yəni mühafizəkar seçici) və 30-35%`i isə sol seçmen (yəni sekulyar, sosial demokrat və ya sosialist) düşüncəsinə malik hesab olunurlar. 3 favorit namizəddən 2`si - Rəcəb Tayyib Ərdoğan və Meral Akşener "sağ seçmen"dən səs toplamağı hədəfləyir. Muharrem İncənin "bütün Türkiyənin prezidenti olacam" deməyinə baxmayaraq, əsasən "sol seçmen"in səsini toplayacağı güman olunur.

Hazırkı vəziyyətə baxdıqda görürük ki, televiziyaların böyük əksəriyyəti Rəcəb Tayyib Ərdoğan mitinqlərinin bütününü tam olaraq canlı yayım vasitəsilə efirə verir. Muharrem İncənin mitinqlərinin az bir hissəsi verilməsinə baxmayaraq, Meral Akşenerin demək olar ki, heç bir mitinqinə televiziylarda yer verilmir. Belə fikrə qəlmək olarki İncənin və onun mənsub olduğu partiya 16 illik AKP yə və CHP mübarizəsində hər zaman AKP uduzması, İncənin qalxan nüfuzu Ərdoğana problem yaratmır. Lakin siyasətçi xanım haqda bunu demək olmaz, belə ki, Ərdoğanla eyni seçici təbəqəsindən "qidalanan" Akşenerin daha çox təzyiqə məruz qalması və Ərdoğanla eyni seçici siyasi yüksəlişi Ərdoğan üçün ciddi təhdid sayıla bilər. Media tərəfindən embarqo qoyulan Akşener verdiyi müsahibəsində belə demışdi: "Bəzi insanların (Ərdoğanı nəzərdə tutur) əsəblərini pozan namizəd olaraq tam gücümlə calışıram. Məni 15 iyul hadisələrinə görə qaralamağa calışan insanlar sübut təqdim etməlidirlər. Geri çəkilmək fikrim yoxdur. Məni mediadan uzaq salmağa calışan insanlar sonunda özləri geri çəkiləcəklər. İkinci turda qalib qələcəyimə əminəm”.

Həmçinin bildirməkdə fayda var ki, AKP hakimiyyəti illərində Türkiyə mediasının böyük əksəriyyəti sözügedən partiyaya yaxınlığı ilə tanınan iş adamları tərəfindən satın alınıb. Yəni, türk mediasının əzici çoxluğu hakimiyyətin nəzarəti altındadır.

Haqlı olaraq, seçicilərin ağlına bu sual gəlir ki, niyə?!

Zənnimcə bu sualın sadə cavabı var: Həm cənab Ərdoğan, həm xanım Akşener eyni kütlədən "səs" qopartmağı hədəfləyir. Ona görə də, Ərdoğan İncədən daha çox Akşenerin populyarlaşmasından çəkinir.

Ancaq, bütün bunlara baxmayaraq, Meral Akşenerin artıq, istədiyi hədəfə çatdığını demək olar. Çünki, xanım Akşenerin mitinqlərinə o qədər maraq yüksəkdir ki, bütün mitinq meydanları ağzına kimi dolub daşır. Akşener bir xanım olaraq, xanım secicilərində böyük rəğbətini qazanmaqdadır.
Mən yenə də, prezident seçkilərinin ikinci tura qalacağı fikri tərəfdarıyam. Düzdür seçkiyə hələ iki həftə var. Türkiyə kimi bir ölkədə iki həftədə çox şey dəyişə bilər. Amma, bu gedişatla Türkiyəni növbəti ərəfədə kimin idarə edəcəyini, ikinci turun nəticəsində öyrənə biləcəyik.

Ramiyə Məmmədova, politoloq, Qərbi-Kaspi Universitetinin dekanı