İlin sonuna qədər Azərbaycanda 3 palçıq vulkanının püskürməsi gözlənilir
10:20 19.06.2019
Arxiv
805
Bu ilin sonuna qədər Azərbaycanda 3 palçıq vulkanının püskürməsi gözlənilir.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib. Onun sözlərinə görə, ötən il 6 palçıq vulkanının püskürməsi ehtimalı ilə bağlı açıqlama verib:
"O vulkanlardan ikisi ötən ilin oktyabr-noyabr aylarında püskürüb. Bunlar Cənubi Qobustanda "Şəkixan” və "Ayazaxtarma” vulkanlarıdır. Bu ilin fevralında Şamaxıda baş verən zəlzələdən sonra isə rayondan 20 km məsafədə yerləşən "Quşçu” vulkanı püskürüb”.
Şöbə müdiri bildirib ki, bu il püskürməsi gözlənilən vulkanlar Abşeronda "Bozdağ Qobu”, Ələtdə "Bahar”, Mərkəzi Qobustanda isə "Şıxzərli” vulkanlarıdır:
"Vulkan püskürməsinin insanlara və ya yaşayış evlərinə təhlükəsi vulkanın gücündən asılıdır. Güclü vulkan olarsa, bu, həm insanlar üçün təhlükə yaradar, onlar xəsarət ala bilərlər, həm də yaşayış evləri zədələnər. Bu səbəbdən palçıq vulkanlarının yerləşdiyi əraziyə yaxın evlər 1 km uzaqlıqda tikilməlidir. Həmin əraziyə yaxın təsərrüfat işlərinin aparılması da məsləhət deyil”.
Adil Əliyev bildirib ki, vulkanların zəlzələ ilə bağlılığı var, güclü zəlzələ olanda vulkan oyanır: "Əgər vulkan uzun illər sabit fəaliyyətdə olub enerji toplayıbsa, zəlzələ ocağından 80-100 km radiusda yerləşirsə, zəlzələnin baş verməsi vulkanın püskürməsinə səbəb olur. Vulkanın fəaliyyətinin aktivləşməsi zəif zəlzələnin baş verməsi haqqında bizə məlumat verir. Vulkan aktivləşəndə yer səthinə çıxan qazın tərkibində karbon, helium qazı, suyun tərkibində isə bor, sulfat ionu və xlor anomal dəyişəndə bilinir ki, həmin əraziyə yaxın ərazidə zəif zəlzələ baş verib”.
Şöbə müdiri bildirib ki, palçıq vulkanlarının fəaliyyəti ilə bağlı elmi tədqiqatı Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsi Respublika Seysmoloji Mərkəzi ilə birgə aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol