İnsan yaşlananda və gənc olarkən saçları niyə ağarır ? – Alimlər izah edir
08:49 07.03.2019
Arxiv
1215
Fransanın "sciencesetavenir.fr”(elm və gələcək) saytı "İnsan yaşlananda və eləcə də gənc olarkən saçları niyə ağarır ? ” sualının elmi və tibii səbəblərini öyrənib.
"Sherg.az” adıçəkilən sayta istinadən xəbər verir ki, 2009-cu ildə britaniyalı tədqiqatçılar qrupu bu istiqamətdə araşdırma aparıblar və bunun səbəbini iki amillə izah ediblər.
Birinci amil odur ki, inkişaf dövründən sonra bədəndəki bir çox melanositlər effektivliyini itirir və beləliklə saçların piqmentasiyası prosesi azalır. Belə olan halda isə saçlar ağarır. Melanositlərə melanin istehsal edən hüceyrələr, eləcə də saçın rəngindən və dəridən məsul olan piqment və baş dərisindəki peroksid daxildir. Daha dəqiq desək bu melanositlər hidrogen peroksidi və ya dəri hidrogeni adlanan saçları yüngülləşdirmək üçün insan bədənində mövcud olan maddədir. Əlbəttə, saçlar dayanmadan tökülürlər. Bir saç orta hesabla başda 3 il qalır. Amma onlar ölən kimi başdan düşmürlər, öldükdən bir neçə ay sonra tökülürlər. Kök hüceyrələrin yaratdığı yeni saçlar öncə melanositlərin dəstəyi ilə yaşaya bilirlər. Ancaq müəyyən inkişaf dövründən sonra, məsələn, 35 yaşdan sonra bu hüceyrələr effektivliyini itirir və buna görə, saçların piqmentasiyası prosesi korlanır. Və artıq o saçlar boz və ağ rəngdə görünməyə başlayır.
"Bəs gənc yaşında olan insanın saçları niyə ağarır ?” sualına gəlincə, tədqiqatçılar bunu bir neçə faktorla izah etməyə çalışıblar.
Onlar qeyd edirlər ki, oksidləşdirici stress də melanositləri zəiflədə bilər. Oksidləşdirici stress "radikal azadlıq " adlı toksik maddələr tərəfindən yaranan hüceyrələr təcavüzüdür. Bundan başqa ultrabənövşəyi şualanma da erkən saç ağarmasına səbəb ola bilər. Eyni zamanda erkən saç ağarması irsi də ola bilir. Çünki melanositlər antioksidan tutumlarını tez itirirlər. Bu da hüceyrələrin ölməsinə və nəticədə saçların ağarmasına səbəb olur. Oksidləşdirici stress saçların ağarmasına və həmçinin tökülməsinə gətirib çıxara bilər.
Tərcümə etdi: Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm