İntihara sürükləyən qrip dərmanları Azərbaycanda da satılır? - RƏSMİ CAVAB
09:56 27.11.2017
Arxiv
502
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi qrip əleyhinə olan "Tamiflu" adlı dərmanı qəbul edən xəstələrdə "qəribə davranış”lar müşahidə etdiyindən həmin dərmanın uşaq və yeniyetmələr üçün istifadəsini məqbul saymır. Artıq bir neçə ildir ki, Yaponiyada "Tamiflu" həkimlər tərəfindən uşaqlara yazılmır.
Lakin indi Yaponiya nazirliyi belə hesab edir ki, "qəribə davranış”la əlaqədar risklər yalnız "Tamiflu"ya aid deyil. Qripə qarşı digər dərmanları - "Laninamivir", "Relenzu" ("Zanamivir") adlı dərman vasitələrini qəbul etmiş xəstələr, xüsusilə uşaqlarda da qeyri-adi hərəkətlər müşahidə edilir. Ötən il Yaponiyada nazirlik tərəfindən qrip əleyhinə dərmanlar qəbul etmiş şəxslərin, xüsusən uşaqlar və yeniyetmələrin qəfil həyəcanlanb qaçmağa başlaması, pəncərədən tullanmağa cəhd etməsi ilə bağlı 54 fakt aşkarlanıb.
Yaponiyada narahatlığa səbəb olan bu dərmanlar Azərbaycanda istifadə edilirmi?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Almaniya, Fransa, İtaliya, ABŞ istehsalı olan "Tamiflu” adlı dərman vasitəsi ölkəyə idxal olunması və istifadə edilməsi üçün dövlət qeydiyyatından keçib:
"Lakin Farmakonəzarət sektoruna bu dərman vasitəsi ilə əlaqədar şikayət daxil olmayıb. Bundan əlavə Farmakonəzarət sektoru bütün dərman vasitələrinin təhlükəsizlik profilini və risk - fayda nisbətini nəzarətdə saxlayır”.
Qripə qarşı istifadə edilən digər iki dərmana gəldikdə isə, mərkəzdən əlavə edilib ki, Azərbaycanda "Laninamivir", "Relenzu" ("Zanamivir") adlı dərman vasitələri dövlət qeydiyyatından keçməyib və onlar dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət