iPad Pro 2020-nin render fotosu ortaya çıxdı
19:35 31.12.2019
Arxiv
351
Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, gələn ilin mart ayında Apple şirkəti yeni iPad Pro modelini təqdim edəcək. İndi isə internetdə həmin iPad Pro modelinin render fotosu ortaya çıxıb. Render fotonu isə OnLeaks ləqəbi ilə tanınan məşhur insayder təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə render fotodan da görmək olar ki, iPad Pro 2020 modeli iPhone 11 Pro kimi üç arxa kamera moduluna sahib olacaq.
Kameraların yerləşmə tərzi də iPhone 11 Pro-dakı kimi olacaq. Gözləntilərə əsasən iPad Pro 2020-nin ölçüləri 2018-ci ildə satışa çıxmış iPad modellərinin ölçüləri ilə eyni olacaq. Lakin üçlü arxa kamera nəticəsində gələn ilki iPad Pro-nun gövdəsini bir qədər qalın hazırlamaq lazım gələcək. Bununla yanaşı yeni iPad Pro modelində A13X prosessorundan istifadə də istisna deyil. Belə ki, şirkət öz çiplərini adətən payız fəslində təqdim edir və növbəti iPad modellərində işlədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm