İqtisadçı deputat həyacan təbili çaldı - "Dolların "qara bazar"ı hardan yaranır, bu işdə kimin əli var?!"





İqtisadçı millət vəkili Vahid Əhmədov parlamentdə büdcə müzakirəsi zamanı hüquq-mühafizə orqanlarından gileylənib. 

Sherg.az-ın məlumatına görə deputat deyib ki, faktiki olaraq dolların "qara bazar"ı Bakıda və regionlarda tüğyan edir: 

"Mən anlamıram dolların "qara bazar”ı haradan yaranır? "Qara bazar”a külli miqdarda dollar hardan gəlir, bu işdə kimlərin əli var?! Dövlət Neft Fondunun və Mərkəzi Bankın banklar üçün hərraca çıxardığı dollar sonradan kimlərinsə əli ilə "qara bazarlar”a buraxılır. Hüquq-mühafizə orqanları axı niyə bu cür ciddi maliyyə qanunsuzluğuna göz yumurlar?! Çox xahiş edirəm ki, "qara bazar” məsələsinə ciddi yanaşılsın. Bu gün "qara bazar"da dollar rəsmi məzənnədən qat-qat baha satılır. Belə çıxır ki, banklar hərracdan aldıqları dolları, özləri "qara bazar"a buraxırlar ki, pul qazansınlar. Yoxsa "qara bazar"dakılar dolları hardan alırlar""Əgər bu məsələ həllini tapmasa, maliyyə bazarında çox ciddi fəsadlar yaranacaq”.

Anar