İqtisadçı naziri təsdiqlədi:"Ərzaq məhsullarını 45-50 faiz ucuzlaşdırmaq mümkündür"





Kənd təsərrüfatı naziri İnam Kərimovun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi bu sahədə xərcləri 20-30 faiz azaltmağa imkan verəcək.
İ.Kərimov bildirib ki, bu gün ölkədə aqrar sektor iqtisadi inkişafın aparıcı istiqamətidir və son illərdə bu sahədə nəzərəçarpan nəticələr əldə olunub.

Nazir deyib ki, bununla məhsuldarlığın artırılmasına nail olmaq mümkün olacaq. Qeyd edib ki, bu da ərzaq məhsullarının 45-50 faiz ucuzlaşmasına gətirib çıxaracaq: "Buna misal olaraq cari ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsulları istehsalının 4,3 faiz artdığını göstərmək olar. Bundan başqa, Azərbaycan bu gün aqrar məhsulların ixracatçısına çevrilib".

İqtisadçı-ekspert Fuad İbrahimov nazirin ərzaq məhsullarının 45-50 faiz ucuzlaşması ilə bağlı verdiyi açıqlamanın iqtisadi əsaslara dayandığını deyib. 

Bunun üçün Azərbaycanın kifayət qədər potensialı olduğunu vurğulayan iqtisadçı deyib ki, kompleks tədbirlər keçirməklə mövcud imkanlardan faydalanmaq lazımdır:

 "Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində kompleks tədbirlər çatışmazlığı olduğundan infrastruktur tsikli tamamlanmır. 

Məhsulun bol olmasına rəğmən fermer saxlamağa şəraiti olmur. Bu problemi aradan qaldıran sahibkar bəzən suvarmada, bəzən satışında, bəzən də yığım prosesində çətinliklərlə üzləşir. İqtisadçı məhsul bolluğu zamanı fermerlərin həmişə əziyyət çəkdiyini deyib. 

Demək istəyirəm ki, kənd təsərrüfatı məhsulları istehsalının 4,3 faiz artımı problemin həlli deyil. Dəfələrlə şahidi olmuşuq ki, məhsul bolluğu zamanı onun yerləşdirilməsi və pərakəndə satış məntəqələrində satışını təmin etmək çətinliyi yaranır”.

Şəymən