İran ABŞ vətəndaşını həbs etdi - Gizli sənədlər, məxfi məlumatlar




İranda həbs olunan Amerika vətəndaşı 10 il azadlıqdan məhrum edilib. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, Tehran Xiyu Vanq adlı amerikalını casusluqda ittiham edir.  ABŞ tərəfi isə İrandan vətəndaşlarının günahsız olduğunu iddia edəərk nəinki onun hətta bütün vətəndaşlarını təcili sürətdə azadlığa buraxmasını tələb edir. 

Bu məsələ ABŞ- la İran arasındakı gərginliyi bir qədər də şiddətləndirib. Artıq Vaşinqton Tehrana olan təzyiqlərini gücləndirəcəyini bəyan edib. 

Həmçinin İranın  "Mizanonline" informasiya agentliyinin verdiyi xəbərə görə,  adıçəkilən amerikalı ikili vətəndaşlığa görə, həbs olunub. Onun ABŞ və Çin vətəndaşlığı olub: 

"Bu şəxs ABŞ Dövlət Departamentinin Axtarış komandasını məlumatla təmin edirdi". 

Bundan başqa agentlik yazır ki, o, həm də Harvard universitetinin Kennedi məktəbininin axtarış mərkəzində, İranın tədris mərkəzində, Təl-Əviv universitetinin tədris mərkəzində çalışıb. Bu amerikalı casus İran üzərindən gizli məlumatlar və sənədlər toplayıb ABŞ-a ötürməklə məşğul olub. Məhz bu səbəbdən 10 il azadlıqdan məhrum edilib. 

Tərcümə etdi: Ayyət ƏHMƏD