"İran baş qərargah rəisinin açıqlaması tarixi bir zərurətdir" - Diplomatiyamızın uğuru
10:35 18.01.2019
Arxiv
331
"Ümumi olaraq nəzər salsaq, görərik ki, son 4-5 il ərzində İran-Azərbaycan münasibətləri artan xətlə inkişaf edir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Analitikin sözlərinə görə, ölkə rəhbərləri arasında siyasi iradənin olması bu münasibətləri şərtləndirən əsas amildir:
"Hər il prezidentlər səviyyəsində həm ikitərəfli, həm də çoxtərəfli formatda keçirilən görüşlər nəticəsində nəhəng iqtisadi layihələrin əsası qoyulub. Ölkələrimiz arasında siyasi dialoq mühiti daha da dərinləşib. Tərəflərin əvvəllər mövcud olmuş fikir ayrılıqları və ixtilaflar zaman keçdikcə öz həllini tapmaqdadır. Məsələn, ötən ilin avqust ayında 20 ildən artıq davam edən danışıqlar prosesinin nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında yekun konvensiya imzalandı. Hansı ki, həmin konvensiyanın indiyədək imzalanmamasının əsas səbəblərindən biri məhz Tehranın irrasional davranışları idi. Amma zamanla İran öz mövqeyini dəyişdi. Bu gün də Bakı-Tehran münasibətlərinə xələl gətirməyə cəhd edən müxtəlif qüvvələr var. Məsələn, İranın ayrı-ayrı dini mərkəzləri tez-tez Azərbaycana qarşı təxribat xarakterli addımlar atırlar. Cənublu soydaşlarımızın narazılığı ilə müşayiət edilən bu cür hallar söz yox ki, bizi narahat edir”.
Ekspertin fikrincə, rəsmi Tehran başa düşür ki, regionda böyük iqtisadi layihələr reallaşdırmaq Azərbaycanın iştirakı olmadan mümkünsüzdür:
"Məsələn, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri İran üçün mühüm əhəmiyyətə sahibdir. Hər iki dəhlizin əsas aparıcı ölkəzi məhz Azərbaycandır. Bundan başqa, İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalar bu ölkəni çətin və mürəkkəb bir duruma salıb. Belə bir şəraitdə İran öz qonşuları ilə, ələlxüsus da Azərbaycan kimi regionun lider aktoru ilə yüksək səviyyəli münasibətlər qurmağa məhkumdur. Bu baxımdan, İranın baş qərargah rəisinin Azərbaycanın ərazi bütövlüyünə hörmət mahiyyəti daşıyan sonuncu açıqlaması tarixi bir zərurətdir. Həm geosiyasi reallıqlar, həm də Azərbaycan diplomatiyasının qazandığı nailiyyətlər bu cür nəticələri labüd edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə