İran parlamentindən ABŞ-a qarşı sərt qərar: 26 milyon dollar ayrıldı




İran parlamenti ABŞ -a qarşı qanun qəbul edib. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki,  
bu barədə İranın İSNA İnformaisya Agentliyi məlumat yayıb. 

Xəbərə görə, Vaşinqtonun terrorçu davranışlarına qarşı bu ölkə parlamentində ballistik raketlə bağlı proqramı gücləndirmək üçün səsvermə keçirilib və deputatların əksəriyyəti məlum dəyişikliyi prioritet hesab edərək xeyrinə səs verib. 

Parlament sədri Ali Laricani bununla ABŞ-a verdikləri mesajlarının açıq olduğunu bəyan edib: "Amerikalılar bunu yaxşı anlamalıdırlar. Sizin bu gün İran xalqına qarşı  gerçəkləşdirməkdə olduğunuz 
məsələyə qarşı İran xalqı var gücü ilə müqavimət göstərəcək. 

İSNA-nın məlumatına görə, yeni qanun layihəsinin mətnində qeyd olunur ki, ballistik raketlə bağlı proqramın gücləndirilməsi üçün İran 26 milyon dollar əlavə vəsait ayırıb. 

Tərcümə etdi: Ayyət ƏHMƏD