İran prezidenti iyulun 2-3-də İsveçrəyə səfər edəcək



İran prezidenti Həsən Ruhani iyulun 2-3-də İsveçrəyə rəsmi səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, o, adıçəkilən ölkənin prezidenti Alen Berse və İsveçrə hökumətinin üzvləri ilə danışıqlar aparacaq.

İsveçrə hökumətinin yaydığı məlumatda bildirilir ki, A.Berse H.Ruhanini iyulun 2-də Sürixdə qarşılayacaq, ardından Berndə rəsmi sayılacaq "ilk görüş" keçiriləcək.