İran və Türkiyə qaz müqaviləsinin uzadılmasına dair danışıqlara başlayır
08:45 10.11.2020
Arxiv
362
İran qaz ixracı müqaviləsinin uzadılması ilə bağlı Türkiyə ilə danışıqlara başlayır.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın neft nazirinin müavini Həsən Muntəzir Türbəti Türkiyəyə qaz ixracı müqaviləsinin uzadılması ilə bağlı yaxın vaxtlarda danışıqların başlayacağını açıqlayıb.
İranlı nazir müavini ötən gün Fars vilayətində 181 qaz tədarükü layihəsinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib ki, Türkiyəyə qaz ixracatı əvvəlki müqaviləyə əsasən davam edir və yaxın vaxtlarda müqavilənin uzadılması üçün danışıqlara başlanacaq.
O əlavə edib ki, Türkiyə ilə mövcud müqavilə əsasında qaz ixracı həyata keçirilir: "Qara dənizdə yeni qaz yataqlarının kəşf edilməsinin də bizim müqaviləyə heç bir təsiri yoxdur və bu, Türkiyənin ehtiyacları ilə müqayisədə əhəmiyyətli rəqəm deyil. Həmçinin, yaxın vaxtlarda müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayacağıq".
Türbəti Əfqanıstana qaz ixracı barədə də danışıb: "İlkin layihə hazırlanıb və diplomatik yazışmalar davam edir. Əfqanıstana qaz ixracı məsələsində özəl sektor əsas götürülür, bununla belə, infrastrukturu hazırlamışıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət