İranda "Boeing-707" təyyarəsi qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB
08:17 14.01.2019
Arxiv
374
İranda qəzaya uğrayan "Boeng-707” tipli yük təyyarəsinin düşdüyü ərazidən 7 nəfərin meyiti tapılıb.
"Report” "Fars” agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 16 nəfər olub.
Həmin şəxslərin hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ xilas edilib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub.
*** 10:06
İranda "Boeing-707” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb.
"Report” TASS-a istinadən xəbər verir ki, hadisə yanvarın 14-də ölkə paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verib.
İlkin məlumata görə, qəza nəticəsində 10 nəfərə yaxın şəxs ölüb.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
***
Təyyarə Qırğız Respublikasının paytaxtı Bişkekdən İranın Əlborz əyalətində yerləşən Peyam hava limanına uçurmuş. Məlumata görə, pilotun idarəetmədə yanlışlığa yol verməsi nəticəsində təyyarə Kərəc şəhərinin Feth hava limanına enməyə məcbur olub. Pilot eniş edərkən, təyyarəni hava limanın divarlarına çırpıb. Göyərtəsində 10 nəfərlik heyət olan təyyarənin aeroport yaxınlığındakı evlərə də çarpıldığı barədə məlumat yayılıb.
Hadisə yerinə helikopterlə xilasedicilər göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol