İranda zəlzələ




İranın şərq bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib.


APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Yeraltı təkanların episentri Kirman şəhərindən 55 km şimal-şərqdə, ocağı isə 5 km dərinlikdə yerləşib.


Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.