
İrandakı hadisələr Güney Azərbaycan mövzusunu aktuallaşdıra bilərmi ? - Aktual şərh
09:43 02.01.2018
Arxiv
1842
"Atlas" Araşırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "İrandakı hadisələr Güney Azərbaycan mövzusunu aktuallaşdıra bilərmi?" sualımızı şərh edib.
"Sherg.az" ekspertin cavabını təqdim edir:"
Birincisi, bu suala cavab vermək üçün İrandakı hadisələrin başlanma səbəblərini daha dərindən təhlil etmək və gələcək inkişaf proqnozlarını müəyyənləşdirmək lazımdır. İkincisi, İranda öz haqları uğrunda mübarizə aparan azərbaycanlıların bu hadisələrə reaksiyası hələ ki, yekdil deyil. Təbrizdəki və xaricdəki güneylilərlə əlaqə saxlayıb yuxarıdakı suala cavab tapmağa çalışdım.

Bəziləri deyir ki, "azərbaycanlılar da başlasınlar kütləvi etirazlara və gələcəkdə haqq paylarını almağa müvəffəq olsunlar”, daha böyük qismi isə deyir ki, "bu farsların öz aralarındakı oyunudur, bu oyunda alət olub güclərimizi itirməyək”. Hər iki tərəfin mövqeyində güclü və zəif arqumentlər var.
Mənə qaldıqda İrandakı son proseslərin bu ölkənin dəyişikliyə hamilə olduğu qənaətindəyəm. Əgər belə olacaqsa İranda yaşayan azərbaycanlılar da bu proseslərdən kənarda qala bilməyəcək və öz haqları uğrundakı mübarizəni istər-istəməz gücləndirəcəklər. Ancaq güney azərbaycanlılarla təmasda olduğum uzun müddətdə gəldiyim mənfi nəticə də var. Çox təəssüf ki, hamısının tələbi eyni olsa da, çoxu bir-birini qəbul etmir, bir-birlərinə düşmən kəsilir, hətta bir-birinə qarşı "o İranın agentidir” kimi ağır ittihamlar da səsləndirirlər.
Bu cür durum elə Tehranın maraqlarına cavab verir. Əlbəttə, hamı eyni cür düşünə bilməz, ancaq İranda güney azərbaycanlıların uğur qazanmasının yolu vahid ideya ətrafında birləşmədən gedir. Hədəfə çatdıqdan sonra fikir ayrılığının dərinləşməsi anlaşılandır. Ancaq ortada hələ heç nə yox ikən bir-birinə qarşı mübarizə aparmağın mənası yoxdur. Bəlkə də güneydə hamının qəbul etdiyi liderə ehtiyac var".
Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm