İrandan Trampa cavab: Üç gün sonra görəcəksən!





ABŞ Başçısından qorxmadıqlarını ifadə edən dini lider Hamaney, İran İslam İnqilabının 38inçi ilində Trumpa cavab verəcəklərini söylədi.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranın Ali dini lideri Ayətullah Xamenei rəsmi internet saytından ABŞ-ı hədəf alan şərhlər verib.

Ordu komandirləriylə görüşündə Donald Trampın ABŞ-ın gerçək üzünü göstərdiyini ifadə edən Xamenei, Trampdan qorxmadıqlarını vurğulayıb. Dini lider, "Heç bir düşmən İranlıları məhv edə bilməz" deyib.

Xameneinin  verdiyi məlumata görə, İran Trampın təhdidlərinə fevralın 10-da cavab verəcək. Üç gün sonra İran İslam İnqilabının 38-çi il dönümü qeyd olunacaq.

İranın keçən həftə reallaşan balistik mərmi sınağı, Vaşinqton - Tehran arasında gərginliyi artırmışdı.

Müharibə də daxil bütün variantların masada olduğunu ifadə edən Donald Tramp, vəzifəyə gəldiyi 20 yanvardan bu yana ilk rəsmi sanksiyaları İrana tətbiq etmişdi. Şəxs və şirkətləri hədəfə alan sanksiyalar, keçən həftə rəsmi olaraq bildirilmişdi.

Tramp, Barak Obamanın dövründə imzalanan nüvə razılaşmasına qarşı çıxır. İranı dünyadakı bir nömrəli "terrorçu dövlət" olaraq qeyd edən ABŞ lideri, Twitterdən "İran odla oynayır. Obamanın "nəzakətliliyini" təqdir etmədilər. Mən Obama kimi nəzakətli olmayacağam!" deyə yazmışdı.

İran isə, ABŞ-ın təhdidlərinə qarşı ölkənin cənubunda keçirilən hərbi təlimlərdə yeni mərmiləri sınadı.