İranın ali dini rəhbəri: "Tramp yalan danışdı"
11:43 09.05.2018
Arxiv
605
İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-ın İranın nüvə proqramına dair sazişdən çıxmasına münasibət bildirib.
APA-nın Tehran bürosunun məlumatına görə, o, Tehranın Fərhəngiyan Universitetinin müəllim heyəti ilə görüşü zamanı ABŞ prezidenti Donald Trampı yalan söyləməkdə ittiham edib.
"Ötən gecə eşitdiniz ABŞ prezidenti neçə axmaq sözlər dedi. Onun sözlərində 10-dan çox yalan var idi. O həm İslami sistemi hədələdi, həm də xalqı. Mən İran xalqı adından deyirəm: Cənab Tramp, siz səhv edirsiniz. Biz deyirdik ki, ABŞ-ın İranla problemi nüvə enerjisi məsələsi deyil, bunlar bəhanədir, deyirdilər ki, yox, bu belə deyil. İndi gördülər ki, bu belə imiş. Biz Hərtərəfli Birgə Fəaliyyət Planını qəbul etdik, amma İranla düşmənçilik bitmədi. İndi də bizim regiondakı mövcudluğumuzu, raketlərimizi problemə çeviriblər. Əgər bunları da qəbul etsək, yenə də iş bitməyəcək, başqa bir məsələni bəhanə edəcəklər. İlk gündən dəfələrlə demişəm ki, ABŞ-a etimad etməyin. Demişəm ki, əgər müqavilə imzalamaq istəyirsiniz, lazımi təzminatı alın və sonra saziş imzalayın. Dediyim şərtlərdən biri bu idi ki, ABŞ prezidenti şəxsən imzalamalıdır. Hörmətli məsul şəxslər zəhmət çəkdilər, bunun üçün çalışdılar, lakin bacarmadılar”, - deyə o vurğulayıb.
Ayətullah Xamenei deyib ki, ölkə rəsmiləri böyük sınaq qarşısındadır: "Bildirirlər ki, 3 Avropa ölkəsi ilə davam etdiririk. Mən bu 3 ölkəyə inanmıram. Siz də onlara inanmayın. Əgər razılıq əldə etmək istəyirsinizsə, təzminat alın. Yoxsa bunlar da ABŞ-ın etdiyini edəcəklər. Əgər tutarlı zəmanət ala bilməsəniz, Hərtərəfli Birgə Fəaliyyət Planının öhdəliyini yerinə yetirməyi davam etdirmək olmaz”.
Ayətullah Xamenei deyib ki, bir neçə gün öncə Tramp Körfəz ölkələrinin başçılarına məktub yazıb: "Həmin məktubda deyir ki, mən sizin üçün 7 trilyon dollar pul xərcləmişəm və siz bu işi görməlisiniz. Xərcləmisən ki, İraq və Suriyanı işğal edəsən, amma bacarmadın".
Ayətullah Xamenei ABŞ prezidentinin bu hərəkətini iyrənc adlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə