İranlı deputat: “İraq İrana 1,1 milyard dollar cərimə ödəməlidir”
16:50 10.08.2018
Arxiv
716
"İraq İranla müharibəyə görə cərimə olaraq 1,1 milyard dollar ödəməlidir”.
"Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası parlamentinin üzvü Mahmud Sadeqi "Twitter” səhifəsində yazıb.
"İran İraqdakı mürəkkəb vəziyyəti nəzərə alaraq əvvəllər (1980-1988-ci illərdəki müharibədən sonra - "Report” ) hərbi kompensasiya tələb etmirdi. İraqın baş naziri Heydər əl-İbadi bu kompensasiyanı ödəməkdənsə, ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləyir”, - M.Sadeqi vurğulayıb.
İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib ki, biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq ona tabe olacağıq: "Ölkəmiz və xalqımız sanksiyalardan yorğun düşüb. Yaranmış şəraitdə İraqın maraqlarından çıxış edəcəyik. Biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik”.
Qeyd edək ki, İran-İraq sərhədində 9 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Qonşu ölkədən İraqa böyük miqdarda ərzaq, tikinti materialları, tibbi ləvazimatlar, elektrik enerjisi və yanacaq ixrac olunur. Xatırladaq ki, avqustun 7-də ABŞ-ın İrana qarı sanksiyalarının birinci mərhələsi qüvvəyə minib. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya