İrəvan bunu ancaq yuxusunda görə bilər
07:09 25.11.2017
Arxiv
806
Politoloq Elxan Şahinoğlu Şavarş Köçəryana sərt cavab verdi
Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan İrəvanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün əleyhinə olmadığını, ancaq müəyyən şərtlərin olduğunu iddia edib.
Nazir müavini deyib ki, birincisi, Azərbaycan Ermənistanın blokadasına son qoymalı, ikincisi isə Ermənistana qarşı düşmən münasibətdən əl çəkməlidir. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu Köçəryanın açıqlamasına çox sərt reaksiya verib.
Ekspert bildirib ki, işğal davam edə-edə hansısa amorf təşkilatda üzvlük naminə Azərbaycanın Ermənistanın blokadasına son qoyacağını və Ermənistana qarşı düşmən mövqeyindən əl çəkəcəyini İrəvan ancaq yuxusunda görə bilər:
"Şərtə bax ha! Hələ siz soruşun ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyir, ya yox? Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi Birliyinin üzvləridirlər. Buna baxmayaraq yola getmirlər, sərhədləri yarı işlək vəziyyətdədir. Görünür, İrəvanın qulağına çatıb ki, Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə dəvət edir, ancaq bu məsələdə Ermənistanın mövqeyi nəzərə alınmayıb. Əslində Şavarş Köçəryanın "şərtləri” Bakıdan çox Moskvaya ünvanlanıb ki, "bizim rəyimizi niyə nəzərə almırsınız?”. Yəni qul öz ağasına barmaq silkələyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında "Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə şad olardıq” fikrini dilə gətirdi. Ancaq bu zaman Lavrov üzvlük üçün Azərbaycan qarşısında hansısa şərti söyləmədi. Köçəryan və onun naziri iradını Lavrov bölgəni tərk etdikdən sonra bildirib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə