İrəvanın Azərbaycan xalqına qaytarılması məsələsi qaldırıldı





Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov tarixi torpaqlarımızın qaytarılması ilə bağlı məsələ qaldırıb. 

Sherg.az –ın məlumatına görə deputat deyib ki, İrəvan da daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kvadrat kilometr torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırılmalıdır: 

"9 min kvadrat kilometr torpaq ermənilərə müəyyən şərtlərlə verilib. Bu sənədləri xaricdən Tarix İnstitutuna gətirmişik. Həmin torpaqlarda azərbaycanlıların yaşamasının təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağlı müvafiq addım atmalıyıq. Biz həmin sənədlərin hamısını parlamentə təqdim etməyə hazırıq”.

Y. Mahmudov prezident İlham Əliyevin çıxışlarında da dəfələrlə həmin torpaqların Azərbaycan xalqına qayıdacağını vurğuladığını xatırladıb:

"Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir”.

Anar