İş tapmaq müşküldür

Musa Quliyev: "3500 tibb işçisi hara gedəcək, taleləri necə olacaq?"



"İcbari tibbi sığorta tam ölçülüb-biçilməlidir. "Ümumiyyətlə, icbari tibbi sığorta ilə bağlı məsələ ölkə başçısının diqqət mərkəzindədir. Artıq Yevlax və Mingəçevrdə pilot layihələrə başlanılıb. Ancaq icbari tibbi sığortanın tətbiqinə tələsməli deyilik. 

Bəzən fikirlər səslənir ki, 2018-ci ildən sonra bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq. Lakin bu işə ehtiyatla yanaşmaq lazımdır. İlk növbədə əmək müqavilələri şəffaflaşmalı, sığorta olunanların sayı müəyyənləşməlidir”.

 Sherg.az bildirir ki, bu sözləri parlamentdəki büdcə müzakirələri zamanı millət vəkili Musa Quliyev deyib. Deputat "Dəmiryolu” və "Mərkəzi Dənizçilər” xəsətəxanalarının özəlləşdirməyə çıxarılmasına görə bu qurumlara büdcə vəsaitinin ayrılmamasından ciddi narahatlıq keçirdiyini söyləyib: "Özəlləşməyə çıxarılan xəstəxanaların işçilərinin kompensasiya edilməsi nəzərdə tutulmalıdır. Onlara ən azı iki aylıq əməkhaqqı verilməlidir. Əgər büdcədən vəsait ayrılmayıbsa, bu məsələ öz həllini necə tapacaq? Axı, burada söhbət 3500 tibb işçisindən gedir, onlar hara gedəcəklər? Onların gələcək taleyi necə olacaq? Bilirik ki, bu gün iş tapmaq məsələsi müşküldür. Ona görə də məsələyə baxmaq lazımdır”.

Anar