İsa Həbibbəyli AMEA-dakı islahatlar barədə: Proses başlayıb, müxtəlif variantlar var
09:56 04.02.2019
Arxiv
581
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatlar prosesi başlayıb. Prezident İlham Əliyevin struktur islahatlarının aparılması ilə bağlı verdiyi tapşırıq əsasında Akademiyanın rəhbərliyi tərəfindən buna hazırlıq işləri aparılır.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, islahatların aparılması zamanın tələbidir və bununla bağlı qarşılarına konkret vəzifə qoyulub: "AMEA rəhbərliyi də idarəetmənin daha da təkmilləşdirilməsi, elmin daha effektiv nəticələr verməsi üçün zəruri islahatların aparılmasına çalışır"
İ.Həbibbəyli qeyd edib ki, Akademiya islahatların aparılması üçün müəyyən təkliflər paketi hazırlayır.
AMEA-nın vitse-prezidenti hazırda islahatların aparılması üçün müəyyən layihələr üzərində düşünüldüyünü və variantlar axtarıldığını söyləyib:
"Bu islahatların aparılması üçün müxtəlif variantlar var. Onlardan hansının istifadə ediləcəyini müəyyən etmək üçün geniş müzakirələr aparılmalıdır. Bizim vaxtımız var ki, Prezidentin verdiyi altı ay ərzində daha optimal variantlar hazırlayaq. Hələlik isə bu islahatlar hazırlıq mərhələsindədir. Bunun ətrafında sosial şəbəkələrdə və mediada müxtəlif fikirlər səsləndirilir. Bu da Akademiyada müəyyən çaşqınlıq yaradır. Ona görə də çox istərdim ki, media bu işlərə müdaxilə edərək aparılan islahatlar prosesinə mane olmasın, çünki elə məsələlər var ki, hələ daxili müzakirə səviyyəsindədir”.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvarın 17-də Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, AMEA strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə işçi qrupu yaradılmasını və müvafiq təkliflərin Azərbaycan Prezidentinə təqdim edilməsini altı ay müddətində təmin etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya