Çünki vasitəçilər Qarabağ məsələsində status-kvonun dəyişməsini istəmirlər
İşğalçının adını çəkən yoxdur
08:19 21.02.2019
Arxiv
619
Həmsədrlərin regiona səfəri heç nəyi dəyişməyəcək
Çünki vasitəçilər Qarabağ məsələsində status-kvonun dəyişməsini istəmirlər
Çünki vasitəçilər Qarabağ məsələsində status-kvonun dəyişməsini istəmirlər
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri baş tutub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə bölgəyə gəldiklərini iddia edən vasitəçilərin əsl məqsədi hər kəsə bəllidir. Münaqişə tərəflərini biri-birinə yaxınlaşdırmaq, problemin həllinə nail olmaq aysberqin görünən üzüdür. Politoloqların fikrincə, həmsədrlərin səfəri həmişəki kimi yalnız bəyanat verməklə yekunlaşacaq.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endryu Şefer (ABŞ) İrəvana səfər ediblər.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmsədrlər İrəvanda baş nazir Nikol Paşinyan və Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşəcək. Bundan sonra həmsədrlər Azərbaycana yola düşəcək.
Həmsədrlərin bu səfərinin də nəticəsiz qalacağını vurğulayan politoloq Qabil Hüseynli deyib ki, onların İrəvana turist səfəri başa çatan kimi Bakıya gələcəklər. Problem də elə burdadır ki, həmsədrlər bəlli stereotiplərdən heç cür xilas ola bilmirlər:
"Onlar regionda baş verən hadisənin məğzini özündə ifadə edə biləcək siyasi dəyərləndirmə verə bilmirlər.
Yəni işğaldan danışırlar, amma işğalçı kimdir - onun adını çəkmirlər. İşğal edilmiş ərazilərdən danışırlar, bu torpaqların kimə məxsus olduğunu deməyə cəsarətləri çatmır. Həmsədrlər çətinə düşəndə isə kimin işğalçı, kimin işğala məruz qalan olmasının aydınlaşdırılmasını tarixçilərin üzərinə atırlar. Bu, daş dövründə baş vermiş hadisə deyil ki, onu tarixçilər araşdırsınlar.
Qarabağ münaqişəsi yaxın illərin hadisəsidir və uzağı, 25-30 illik tarixi var. Hadisəni həll etmək istəyiriksə, onu doğuran səbəbləri düzgün bilməliyik. Faktiki olaraq, Ermənistan Azərbaycana hücum edərək, 20 faiz torpağını qəsb edib.
Bu faktlar nəzərə alınmayacaqsa, biz məsələni nə cür obyektiv həll edə bilərik? Məsələyə siyasi qiymət verilməlidir ki, qəsbkarlıq həyata keçirilib və bunu da Ermənistan edib.
Bu ölkənin təcavüzkar olması vurğulanmalıdır və Ermənistana qarşı siyasi, iqtisadi sanksiyalar tətbiq edilməlidir. Həmsədrlər Ermənistanla elə danışırlar ki, sanki o bir mələkdir. Əlbəttə, ikili standartlar var, amma bu o demək deyil ki, həqiqətləri danmaq lazımdır”.
Q.Hüseynlinin fikrincə, həmsədrlər bu məsələdə status-kvonun dəyişməsini istəmirlər: "Əgər həmsədr dövlətlər bu problemin həllini istəsəydilər, onda beynəlxalq ictimai rəydə məsələnin həqiqi mənzərəsinin formalaşmasına dəstək verməliydilər.
Bundan sonra məsələ həll edilməlidir. Qarabağ məsələsində az-çox fəal görünən amerikalı həmsədrdir. Fransa və Rusiya həmsədrləri yenə də hər şeyi "malalamaqla” məşğuldurlar. Bu isə həmsədrlik missiyasına tamamilə ziddir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm