İşğaldan azad olunmuş ərazilərdə suvarma sistemləri idarələri bərpa edilir
11:10 14.11.2020
Arxiv
604
Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunub
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) işğaldan azad olunan ərazilərimizdə suvarma sistemlərinin bərpasına həsr edilmiş onlayn görüş keçirilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Görüşdə Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Xocavənd, Tərtər, Bərdə, Goranboy, Yevlax, Ağcabədi, Beyləqan rayonlarının meliorasiya idarələrinin və “Azdövsutəslayihə” institunun rəhbərləri iştirak ediblər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, ilk növbədə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan tarixi qələbə, əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə görüş iştirakçılarını təbrik edib.
ASC sədri bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, işğal olunmuş torpaqlarımızda 9 su anbarı, 7 sututarı, 6426 kilomert suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 803 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə isə, 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.
Əhməd Əhmədzadə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ASC-nin balansında olan meliorasiya və irriqasiya obyektlərinin inventarlaşdırılması, texniki vəziyyətinin qiymətləndirilməsi, onların bəpası və fəaliyyətinin təmin edilməsi üçün təkliflərin hazırlanması məqsədilə əmr imzalanıb və sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə müvafiq komissiya yaradılıb. Həmçinin əmrə əsasən noyabrın 16-dan Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunub.
Sonra ASC sədrinin müavini Rafiq Aslanov işğaldan azad olunan ərazilərimizdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin dəqiqləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Diqqətə çatdırıb ki, Şanlı Ordumuzun azad etdiyi ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək. Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.
Rafiq Aslanov onu da qeyd edib ki, düşmən həmin torpaqlarda olan hidrotexniki qurğuları tamamilə sıradan çıxarıb, talan edib. Bu baxımdan komissiya üzvlərinin qarşısında çox məsuliyyətli vəzifə durur və tezliklə hidrotexniki qurğuların inventarlaşdırılması həyata keçirilməli, təkliflər hazırlanmalıdır. Bu işlərə “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları da cəlb olunub. Meliratorlar artıq həmin ərazilərdə suvarma işinin təşkili ilə bağlı işlərə başlayıblar və bu iş maksimum qısa müddətdə başa çatdırılmalıdır.
Sonra rayon suvarma sistemləri idarələrinin rəhbərləri ilə görüləcək işlər müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm