IŞİD-dən alınan kənddən türk əsgərlərinin fotosu yayıldı

Əl - Bab əhatə etməsində terror təşkilatından alınan Bizaa kəndindən ilk foto gəldi. "Reuters" xəbər agentliyinin dünyaya yaydığı şəkillərdə türk əsgərləri tankın üzərində görünür. IŞİD-in əsarətindən xilas olan kəndlilər isə etibarlı nöqtələrə qaçır.
Cənubdan irəliləyən Suriya ordu güclərinin Əl- Babın şərqindəki son anayolunu da kəsdiyi bildirilir.
"Milliyyət" xəbər verir ki,  Türkiyənin Fırat Qalxanı hərəkatı dünən çox əhəmiyyətli bir addım atıb. Əl- Babın  şərqində yer alan Bizaa kəndi terror təşkilatı IŞİD-dən geri alınıb.
Türk xüsusi qüvvələri və Azad Suriya Ordusu (ÖSO) güclərinin Bizaadan cənuba və ya qərbə doğru irəliləyə bilər. Bu hücumlarla Əl- Babdakı IŞİD terrorçuları tamamilə əhatə edilmiş olacaq.
Terror təşkilatının girov aldığı kəndlilər isə Bizaanın alınmasıyla etibarlı bölgələrə köç edir. Bəzi kəndlilərin piyada yola düşdüyü, bəzilərinin isə motosikletlərlə qaçdığı qey edilir.